Petlim limanı fəaliyyətə başladı - FOTO

  • By admin
  • 08 Dekabr 2016 17:40

liman

“Petlim Limançılık Ticaret A.Ş” şirkətinin 1,5 milyon konteyner saxlama gücünə malik terminalının birinci mərhələsi üzrə işlər bu həftə başa çatdırılmış və əməliyyatlara başlanılmışdır.Birinci mərhələnin potensialı 800 000 konteynerdir.

SOCAR-dan Gununsesi.info-ya bildiriblər ki, “Petkim”lə əməkdaşlıq çərçivəsində həyata keçirilən Petlim konteyner limanı layihəsinin ikinci mərhələsi üzrə işlərin 2017-ci ilin ilk rübündə başa çatdırılması planlaşdırılır. Egey bölgəsinin ən böyük limanı olan Petlimin iri konteyner gəmilərinin yan alacağı körpü hissəsində və manevr meydanında dəniz dibinin kartoqrafik ştrixlərinin hazırlanması işləri yaxın zamanlarda tamamlanacaq. Bu işlər başa çatdıqdan sonra suyun 16 metr dərinliyinə nüfuz etmək mümkün olacaq. Petlim layihəsində ayrıca bir yük körpüsü də yer alıb.

SOCAR-ın sərmayə qoyduğu digər bir struktura – STAR neft emalı zavoduna aid ağır yüklərin də bu körpüdən yüklənməsi effektiv qənaətə imkan yaradacaqdır. Konteyner limanı idarəçiliyi üzrə dünyanın lider qurumu olan “APM Terminals” ilə strateji əməkdaşlıq çərçivəsində fəaliyyətə başlayan Petlim limanı SOCAR-ın hazırkı və gələcək logistik tələblərinin ödənilməsini hədəfə alıb. Liman tam gücü ilə işə başladıqda Mərmərə, Egey və Aralıq dənizlərində 11 000 konteyner gücü olan gəmilərin rahatlıqla yanaşa biləcəyi yeganə liman olacaqdır.

Anar

Gununsesi.info