Pişiyimin dərisini soyub başımın üstündə saxlayıram - ELZA SEYİDCAHAN

  • By admin
  • 18 Yanvar 2018 14:54

Əməkdar artist Elza Seyidcahan “Sayqa ilə bu axşam” proqramının qonağı olub.

Gununsesi.info-nun axşam.az-a istinadən verdiyi məlumata görə, verilişdə maraqlı anlar yaşanıb. Belə ki, efirə müxtəlif heyvanlar gətirilib.

E.Seyidcahan isə “Maki” adlı meymunu şou-biznes nümayəndələri arasında özünə bənzədib: “Mən də sənin kimi meymunam ey. Meymunu özümə oxşadıram”.

Müğənni eyni zamanda ölən pişiyindən danışıb. O bildirib ki, pişiyin dərisini soyub saxlayır: “Ondan sonra heyvan saxlamaram. Ceylanın ruhu inciyər. Mən çox etibarlıyam. Pişiyimin dərisini soyub başımın üstündə saxlayıram”.

Gununsesi.info