Polad Bülbüloğluya “Türkmənistanın Xalq artisti” fəxri adı verilib

  • By admin
  • 29 Aprel 2017 23:57

polad

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhamedovun fərmanı ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya “Türkmənistanın Xalq artisti” fəxri adı verilib.

Gununsesi.info-nun məlumatına görə, fərmanda deyilir ki, fəxri ada Polad Bülbüloğlu dostluq, qardaşlıq, mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə və Türkmənistan və Azərbaycan xalqları arasında əməkdaşlığa, iki ölkə arasında mədəni və humanitar sahələrdə dialoqun möhkəmləndirilməsinə, mahnı-musiqi sənətinin inkişafında uğurlarına və istedadına görə, layiq görülüb.

Gununsesi.info