Polisə yalan məlumat verən şəxs saxlanıldı

  • By admin
  • 22 Avqust 2017 13:46

qandal-qolda

Törətdiyi cinayəti gizlətmək üçün polisə yalan məlumat verən Bakı şəhər sakini B.Mövludov tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 21-də Bakı şəhər sakini Bayram Mövludov Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə zəng edib rayonun S.Bəhlulzadə küçəsindəki evdə olarkən oraya gəlmiş 2 nəfər naməlum şəxs tərəfindən döyülməsini və 20.000 manat dəyərində qızıl əşyaların aparılması barədə məlumat verib.

Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə qeyd edilən evin B.Mövludovun qohumuna məxsus olması, cari ilin 6 ayı ərzində Bayramın həmin evdən qızıl əşyalar oğurlayıb qızıl mağazasına sataraq 31305 manat pul əldə etməsi və törətdiyi hadisəni gizlətmək üçün polisə yalan məlumat verməsi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə B.Mövludov tutulub.

Anar

Gununsesi.info