Polşa Azərbaycanla əməkdaşlıqda maraqlıdır - NAZİR

  • By admin
  • 18 Oktyabr 2017 16:58
vitold-vashchikovski
Polşa “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizində Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır.
 
Gununsesi.info xəbər verir ki, bunu Polşanın xarici işlər naziri  Vitold  Vaşçikovski  Bakıda azərbaycanlı həmkarı Elamr Məmmədyarovla görüşündə deyib.
 Azərbaycanda səfərdə olan Polşa XİN başçısı Vitold Vaşçinski azərbaycanlı həmkarı Elmar Məmmədyarov  tərəfindən qəbul olunub.
Görüşdə iki ölkənin regionlararası əməkdaşlıq formatı, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa İttifaqı, xüsusən də Şərq Tərəfdaşlığı proqramı, NATO, ATƏT, habelə Vişeqrad qrupu çərçivəsində əməkdaşlığı təqdir edilib.
Nazirlər regional enerji və nəqliyyat layihələrini, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorundan hasil edilən neft və qazın Avropaya nəqli, eyni zamanda Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutlarının imkanları, iqtisadi və vaxt baxımından üstünlüklərini müzakirə ediblər.
Görüşdə  həmçinin 2018-ci ildə Azərbaycanda Polşa məskənlərinin salınmasının 100 illiyi qeyd olunması məsələsi müzakirə olunub. Bununla bağlı bir sıra ictimai-mədəni tədbirlərin keçirilməsi üçün birgə fəaliyyət proqramı üzərində iş getdiyi vurğulanıb.
Mürtəza
Gununsesi.info