Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

24 Fevral 2018
23 Fevral 2018

20 Yanvar 2018 - 09:00

Praqada 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş sərgi keçirilib- FOTO

Dünən Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı Səfirliyinin dəstəyi ilə Praqanın məhşur Luçerna sarayında 1990-cı ilin yanvar qətliamının 28-ci ildönümü münasibətilə foto-sərgi təşkil edilib.

Gununsesi.info xəbər verir ki, sərgi zamanı Sovet qoşunları təkcə Azərbaycanda deyil, Gürcüstan və Litvada törətdikləri qırğınlar haqqında fotolar nümayiş etdirilib.

Sərginin açılış mərasimində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək, 20 Yanvar hadisələri və Azərbaycan xalqının müstəqillik mübarizəsi haqqında bəhs edib. Habelə, Gürcüstan və Litvanın Çexiyadakı səfirləri tədbirdə iştirak edərək, sözügedən hadisələrlə bağlı öz fikirlərini bölüşüblər.

Sərginin açılış mərasimində Çexiyada akreditə olunmuş diplomatik korpusun, yerli icitimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak edib.

Sərgidə fotoların nümayişi ilə yanaşı, çex və ingilis dillərində hazırlanmış müvafiq broşürlər, məlumat vərəqləri tədbir iştirakçılarına paylanıb və bu hadisələrlə bağlı ətraflı məlumat verilib.

Gununsesi.info