Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

17 Yanvar 2018

12 Yanvar 2018 - 22:58

Praqada avtobus qəzası baş verib, ölənlər və yaralananlar var


Çexiyanın paytaxtı Praqada şərnişin avtobusu “Škodа Superb” markalı avtomobilə, sonra isə yolun kənarındakı ağaca çırpılıb.

“Report” RİA “Novosti”-yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı üç nəfər ölüb, aralarında 2 uşaq olmaqla, 30-a yaxın sərnişin xəsarət alıb.

Bir neçə sərnişinin deformasiyaya uğramış avtobusun içində qaldığı bildirilir. Hazirda yanğın söndürən briqadanın əməkdaşları sərnişinlərin avtobusdan çıxarılması ilə məşğul olur.

Hadisə yerinə 11 təcili yardım briqadası cəlb olunub. Qəza ilə əlaqədar rayonda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Polis hadisə ilə bağlı istinaqa başlayıb.

 

Gununsesi.info