Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

24 Noyabr 2017
23 Noyabr 2017

15 Sentyabr 2017 - 16:18

“Prezident Administrasiyasında mənə dedilər ki…” - ELDAR QULİYEV
koop-2
“Professor-müəllim heyəti öz yerində, mən ilk növbədə sizin-tələbələrin rektoruyam. Nə zaman sözünüz, probleminiz olsa, qapım daim üzünüzə açıqdır. Siz mənim həm də övladlarımsınız”.  
Gununsesi.info xəbər verir ki, bunu sentyabrın 15-də professor, millət vəkili, Azərbaycan Kooperasiya Universitetinin rekroru Eldar Quliyev 2017-18-ci  tədris ilinin başlanması ilə bağlı professor-müəllim heyəti və 1-ci kurs tələbələri ilə görüşündə vurğulayıb.
Tələbə adını qazanmağa nail olmuş birinci kurs tələbələrini təbrik edən E. Quliyev eyni zamanda, valideynlərə də xoş arzularını dilə gətirib: “Hər bir valideyn üçün böyük fəxr və qürurdur ki, övladı orta məktəbi bitirib, ali məktəbə daxil olur. Valideyn üçün bundan böyük sevinc, xoşbəxtlik ola bilməz. Eyni zamanda, ali məktəblərə daxil olan tələbələrimiz üçün böyük qürur və şərəfdir ki, illərlə çəkdikləri zəhmətləri, yuxusuz gecələri boşuna, hədər getməyib. Bəlkə də digər yaşıdlarından fərqli olaraq, onlar vaxtlarını əylənməkdən, dincəlməkdən daha çox biliyə, savada sərf ediblər və bu gün də yaxşılarınən yaxşısı olmaq, tələbə adını qazanmaq şərəfinə nail olublar. Çünki dediyim kimi, tələbə adını qazanmaqdan  böyük sevinc, xoşbəxtlik yoxdur. O vaxt instituta qəbul olunanda şəxsən mən özüm bu hissi yaşamışdım. Hətta, sevincimdən az qalmışdı ki, yolda maşın məni vurub üstümdən keçsin. Xoşbəxtlikdən qəzaya uğramaqdan son anda qurtula bilmişdim. Yəni demək istəyirəm ki, tələbə adı ən müqəddəs addır və onun qədrini bilmək lazımdır. Tələbəlik sizin ömrünüzün ən gözəl illəridir və illəri olacaq”.
E.Quliyev bu il təxminən 87-88 min abituriyentin ali məktəblərə daxil olmaq üçün sənəd verdiyini, ancaq onlardan cəmi 37-38 m ininin tələbə adını qazanmağa müvəffəq olduğunu bildirib: “Yəni, sənəd verənlərdən təxminən üçdə biri bu şərəfə, bu yüksək ada nail olub. Deməli, siz yaxşıların ən yaxşılarısınız, biliklilərin ən biliklisisiniz. Onu da deyim ki, bu il birinci qrupda qəbul balları 200 baldan 150 bala endirildi və 150-200 arasında bal toplayanların da 2 mindən bir az çoxu ali məktəblərə qəbul olundu. Onlardan da təxminən 400-ü bizim universitetə düşdü”.
Adıçəkilən universitetin ölkədə fəaliyyət göstərən 50-yə yaxın dövlət və özəl ali məktəblərdən fərqləndiyini də deyən E. Quliyev bildirib ki, AKU yeganə ali təhsil ocağıdır ki, həm özəl, həm də dövlat ali məktəbi stastusunu daşıyır: “Bizim universitet (əvvəllər institut adlanırdı) keçmiş Sovetlər Birliyi dövründə yaradlıb, yəni,1964-cü ildə. O zaman özəl ali məktəb olmadığı üçün də biz filial kimi fəaliiyət göstərirdik. Ancaq Azərbaycan müstəqillik əlldə etdikdən az müddət sonra biz müstəqil institut statusu qazandıq və mərhum dövlət rəhbərimiz Heydər Əliyevin sərəncamı ilə 2001-ci ildən universitet kimi fəaliyyət göstəririk. Bizim fərqimiz və üstünlüyümüz də ondadır ki, həm özəl, həm dövlat ali məktəbiyik”.
Universitetdə tələbələrə yüksək ali təsil almaq üçün hər cür şərait yaradıldığını deyən rekror AKU-da tələbələrlə professor-müəllim heyəti, rektoratlıq arasında səmimi, mehriban münasibətlərə dayanan ünsiyyət  formasının mövcud olduğunu sözlərinə əlavə edib: “Biz tələbələrə öz övladlarımız kimi yanaşırıq. Onlarla sıx təmasa, ünsiyyət formasına üstünlük veriririk ki, sərbəst, müstəqil, yüksək dünyagörüşlü tələbələr,gənclər kimi formalaşsınlar”.
Rektor tələbələrə öz məsləhətlərini  verməyi də unutmayıb: “Bizi tələbələrdən xahişimiz, arzumuz, tələbimiz odur ki, nizam-intizamlı olsunlar, davamiyyətə ciddi əməl etsinlər. Müəllimlərindən nəsə öyrənməyə, əxz etməyə çalışsınlar. Səliqə-sahmanlı olsunlar. Bizdə də hər yerdə olduğu kimi, tələbələrin geyimi sərbəstdir, biz buna qarışa bilmərik. Ancaq çox istərdik ki, xüsusilə də oğlanlar, geyimlərinə ciddi diqqət yetirsinlər, tələbə kimi görünsünlər. Saqqallı formada dərsə gəlməsinlər. Bilmirəm bu saqqal saxlamaq nə dəb olub, elə?! Bu, bizə xas olan əlamət deyil. Ona görə qızlardan da xahişimiz odur ki, saqqal saxlayan oğlan tələbə yoldaşlarına təsir etsinlər, onların səliqəli, üzləri təraş olunmuş şəkildə məktəbə, universitetə gəlməsinə nail olsunlar”.
Valideynlərə də üzünü tutan rekor deyib ki, imkanları olanda universitetə gəlsinlər, professor-müəlim heyəti ilə görüşsünlər, övladlarının davamiyyəti, təhsili ilə maraqlansınlar: “Çünki sonradan  problem yarananda valideynlər bildirirlər ki, vallah, bizim xəbərimiz yoxdur, biz övladlarımızın evdən çıxıb, dərsə getdiyini zənn edirik və sairə. Amma onlar evdən dərsə getmək adı ilə çıxsalar da, dərsdən yayınır və nəticədə də universitetin sərt tələbləri ilə üzləşmək zorunda qalırlar. Və yaxud, semestr imtahaları zamanı kəsilən tələbələrimiz bunu valideynlərindən gizlədirlər və valideynlər də bundan xəbər tutanda, gec olur. Onlar deyirlər ki, biz övladımızın kəsildiyindən indi xəbər tuturuq və sairə. Belə hallar olmasın deyə, valideynlərə səslənirəm ki, vaxtları olanda universitetimizə gəlsinlər, övladlarının müəllimləri ilə görüşsünlər, onların davamiyyəti, təhsili ilə maraqlansınlar”.
Universitetdə milli vətənpərvərlik məsələsinə, tələbələrdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə də daim diqqət yetirildiyini deyən rektor 2016-cı ilin uğurlu aprel əməlyyatlarını xatırladıb:
“Bildiyiniz kimi, ötən ilin aprelində Azərbaycan ordusu erməni işğalçıları üzərində böyük zəfər, qələbə əldə etdi. Torpaqlarımızın bir qismini işğaldan, düşmən tapdağından qurtara, azad edə bildi. Ancaq dünyadakı. beynəlxalq aləmdəki bəzi reallıqlar nəzərə alınaraq, sonradan hərbi əməliiyatlar dayandırıldı. Onu da bilirsiniz ki, Azərbaycan işğala, təcavüzə məruz qalan ölkə olsa da, sülhsevər ölkədir. Münaqişənin sülh, danışıqlar yolu ilə həllinə üstünlük verir və eyni zamanda, torpaqlarının işğaldan azad olunması üçün hərb variantını da istisna etmir. Azərbaycan xalqı və ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında hər an düşmənə layiqli cavab verməyə, torpaqlarımız işğaldan azad etməyə hazırdır. Bunu bütün dünya da bilir. Aprel hadisələri zamanı yadınızdadırsa, bütün ali məktəblərdə tədbirlər keçirilirdi. Bizim universitetdə də bu yöndə təbdir keçirildi, özü də ən axırda. Ancaq tədbirimiz ən uğurlu tədbir alınmışdı. Hətta, Prezident Administrasiyasında olanda  mənə dedilər ki, çox sağ olun, ən yaxşı tədbir siziin tədbir idi. Yəni, demək istəyirəm ki, gənclərimizin, tələbələrimizin milli-hərbi vətənpərvərlik ruhunda böyüdülməsi, onlarda vətənpərvərlik hissinin yüksəldilməsi məsələsi daim diqqətimizdədir”.
Rektorun çıxışıından sonra övladları tələbə adını qazanmış valideynlərin bəzilərinin çıxışları dinlənilib. Həmçinin, universitetə ən yüksək ballarla qəbul olunmuş 20-yə yaxın tələbəyə ilk olaraq tələbə biletləri və mükafatlar təqdim olunub.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info




loading...