Kərəm Həsənov işçisini icra başçısı qoydurdu - SƏRƏNCAM

  • By admin
  • 06 Fevral 2018 17:04

Prezident İlham Əliyev Cəlilabad Rayonuna yeni icra başçısı təyin edilməsi ilə bağlı sərəncam verib.

Gununsesi.info xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Namiq Zeynalov Əmlak Məsələləri  Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəis müavini vəzifəsində çalışıb.

Gununsesi.info