Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

25 Fevral 2018
24 Fevral 2018

23 Noyabr 2017 - 23:08

Prezident İlham Əliyev Brüsseldə ukraynalı həmkarı Petro Poroşenko ilə görüşüb –YENİLƏNİB


Noyabrın 23-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun görüşü olub.
“Report” xəbər verir ki, dövlət başçısı Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana səfərini xatırladaraq, bu səfərdən ötən müddət ərzində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın həyata keçirildiyini və yaxşı nəticələrin əldə olunduğunu qeyd edib.
Ukrayna dövləti başçısının Bakıya səfəri zamanı siyasi, iqtisadi, energetika, nəqliyyat, beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı müzakirələrin aparıldığını deyən Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, ticarət dövriyyəsinin artırılması üçün lazımi addımlar atılacaq və bunun üçün yaxşı potensial mövcuddur.
Prezident Petro Poroşenko Prezident İlham Əliyevə Ukrayna-Azərbaycan dostluq münasibətlərinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyevlə Davosda və Bakıda keçirdikləri görüşləri məmnunluqla xatırlayan Prezident Petro Poroşenko həmin görüşlər zamanı əldə edilən razılaşmaların reallaşdırılmasından məmnunluğunu ifadə edib. O, Azərbaycanın Ukraynaya ixracının artmasını iqtisadi əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi.
Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Gununsesi.info