Prezident İlham Əliyev iki nəfəri “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

  • By admin
  • 18 Oktyabr 2017 19:30

a806515f-f281-4eff-bb3d-517871b45f3c
Prezident İlham Əliyev Nizami Nadirovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Gununsesi.info-nun məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Hüseyn oğlu Nadirov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şaitdin Sərdar oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Gununsesi.info