Prezident jurnalistin yuxusunu reallaşdırdı - QOL SAATINI ONA BAĞIŞLADI (VİDEO)

  • By admin
  • 20 Noyabr 2017 11:54

Qırğızıstanın “De-Fakto” qəzetinin baş redaktoru Amantur Musaqulov mətbuat konfransı zamanı ölkə prezidenti Almazbek Atambayevdən saatını istəyib.

Gununsesi.info bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Musaqulov mikrofona yaxınlaşaraq bildirib ki, yuxusunda prezidentin ona saat verdiyini görüb və dövlət başçısından yadigar olaraq ona saat bağışlamasını xahiş edib.

“Yaxşı ki, şalvarımı istəmədiniz”, – deyə Atambayev zarafat edib və saatını qolundan çıxarıb.

Gununsesi.info