Prezident meksikalı həmkarına başsağlığı verdi

  • By admin
  • 20 Sentyabr 2017 18:05

ilham

Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nyetoya başsağlığı məktubu göndərib.

Gununsesi.info-nun məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Gununsesi.info