Prezident “Qatar Petroleum”un prezidenti ilə bir araya gəldi - FOTO

  • By admin
  • 26 Fevral 2017 21:22

qatar-aliyev-2

Qətər Dövlətində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Dohada “Qatar Petroleum”un prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə “Qatar Petroleum” arasında əməkdaşlıq imkanları müzakirə edildi, bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulandı. “Qatar Petroleum”un gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadilsi aparıldı.

Gununsesi.info