Prezident seçkiləri üzrə səsverməyə START VERİLDİ

  • By admin
  • 18 Mart 2018 00:51

Rusiyada prezident seçkiləri başladı.

Gununsesi.info Lenta.ru-ya istinadla xəbər verir ki,  ilk seçki məntəqələri Rusiyanın uzaq şərq hissəsində yerli vaxtla 08.00-da açılıb.

Kamçatka vilayətinin sakinləri yerli vaxtla 20.00-a qədər səs verə biləcəklər.

Ümumilikdə 97 mindən artıq seçki məntəqəsi açılıb, onlardan 400-dən artıqı xaricdədir.

Səsverməni 109 ölkədən 1500-ə yaxın beynəlxalq müşahidəçi izləyəcək.

Rusiya prezident seçkilərində 8 namizəd mübarizə aparacaq.

Gununsesi.info