Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018

22 Oktyabr 2017 - 09:55

Prezidentin dünyaya verdiyi mühüm mesaj…

rovshen_rzayev
İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Azərbaycan və Türkiyənin qardaş ölkə olaraq eyni mövqedən çıxış etməsi əslində dünyaya çox mühüm mesajdır.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkili Bakı və Ankaranın güclənən mövqeyinindövlətlərarası münasibətlərin beynəlxalq hüquq prinsiplərinə söykənməsindən irəli gəldiyini qeyd edib:

“Bu baxımdan da D-8 sammiti və orada islam dövlətləri ilə mühüm razılaşmaların əldə olunması Azərbaycan üçün üçün çox böyük əhəmiyyətə malikdir. Ölkə başçısı Azərbaycanın ərazi bütövlüyü məsələsinin ədalətli şəkildə, sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu, qəti və prinsipial mövqeyini bir daha dünyaya çatdırdı. Hesab edirəm ki, aparıcı dövlətlər ədaləti üstün tutmalı və ölkəmizin haqlı mövqeyinin beynəlxalq hüquq çərçivəsində həll edilməsi istiqamətində hərəkətə keçməlidirlər. D-8 sammiti nəinki islam, eyni zamanda, dünya dövlətləri üçün də çox mühüm əhəmiyyət kəsb edir.Sammitdə ölkə başçısı tərəfindən Azərbaycanın islam dünyasına verdiyi töhfələr və münasibətlərin bundan sonrakı inkişaf istiqamətlərini açıqlandı. Prezident vurğuladı ki, Azəbaycan bütün imkanlarından istifadə edərək islam birliyinə öz töhfəsini bundan sonra da verməyə davam edəcək. Düşünürəm ki, digər islam dövlətləri də dünya birliyi üçün sülhməramlı addımlar atmalıdırlar. Zənnimcə, müsəlman ölkələrinin əsas hədəfini islam dünyasının birliyi və islamafobiyanın yayılmasının qarşısının alınması istiqamətində qarşılıqlı maraqlar çərçivəsində münasibətlərin qurulması təşkil etməlidir”.

Qeyd edək ki, İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.

Gununsesi.info