Prezidentin gəlini dələduzluqda ittiham olunur

  • By admin
  • 14 Yanvar 2017 15:28
gelin
Çili prokurorluğu ölkə prezidenti xanım Mişel Baçeletin gəlini Natali Kompanyonu dələduzluqda ittiham edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onu 5 il həbs cəzası gözləyir.
Məlumatda deyilir ki, yerli sahibkar Qonsalo Vual prezidentin gəlininə məxsus şirkətə ölkənin dağ-mədən sənayesinə aid 8 məruzə və tədqiqat işləri hazırlamağı tapşırıb. Bunun müqabilində şirkətə 1,5 milyon dollar ödənilib.
İstintaq müəyyən edib ki, hazırlanan məruzə və tədqiqat işlərinin məzmunu internetdən götürülüb. N. Kompanyonla yanaşı onun daha bir həmkarı dələduzluqda ittiham olunur. Çili  prezidentinin gəlini həmçinin rüşvətxorluqda və vergi ödəməkdən yayınmaqda  ittiham olunur.