XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

13 Oktyabr 2017 - 14:00

Prezidentlərin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu oktyabrın 30-da istifadəyə veriləcək- CAVİD QURBANOV

cavid qurbanov

“Oktyabr ayının 30-da dövlət başçıları ilə birlikdə Bakı-Tbilisi-Qars dəmiryolunun yük qatarlaır üçün açılışını edəcəyik”.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları”. Qapalı Səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov deyib. Sədr deyib ki, Bakı-Tiflis-Qars şərq-qərb marşrutudur, Trans- Xəzər marşrutu gedir. Dövlətlər arasında bunun adına orta dəhliz dəmir yolu xətti deyilir.

“Bu dəhlizin Bakı-Tibilisi-Qars hissəsi 846 kilometrdi. Onun 504 km bizim ərazimizə, 79 km Türkiyənin, qalan hissəsi isə Gürcüstanın ərazisinə düşür. C.Qurbanov bildirib ki, yolun 80 km-ni çıxmaqla – Böyükkəsikdən Maravdaya qədər olan məsafəni çıxmaqla qalan hissəsi Cənab prezident İlham Əliyev tərəfindən ayrılmış pul ilə tikilir.

“Həmin vəsaiti Azərbaycan dövləti ayırıb, tikintini Azərbaycan şirkətləri həyata keçirir. 183 km yoldur, bu yolun 153 km-i əsaslı təmir olunub. 30 km məsafə isə yeni tikintidir. Onun 153 km-i bizim ölçülərdir, 30 km-i isə Avropa ölçülərinə uyğundur.

Orada Azərbaycan Dövlətinin maliyyə hesabına 4,2km-lik körpü tikilib. Biz ötən ayın sonlarında sınaq olaraq Tibilisidən Türkiyənin Nəqliyyat, Rabitə və Dənizçilik naziri Əhməd Arslan, Gürcüstanın davamlı iqtisadiyyat naziri George Kaxalya, dəmiryolu naziri Mamuka Baxdadza ilə birlikdə yolu bərabər getdik. Axalkələyə qədər Azərbaycan qatarları ilə, oradan sonra isə Türkiyənin qatarları ilə davam etdik”.

Cavid Qurbanovun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttində sərnişin daşımaları gələn ildən etibarən fəaliyyətə başlayacaq. “Bu məqsədlə İsveçrənin “Stadler Group” şirkətinə 30 ədəd sərnişin vaqonu sifariş verilib”.

Gununsesi.info




loading...
Loading...