Prezidentliyə namizəd planlarını açıqladı -SEÇKİDƏN SONRA KÖHNƏ NAZİRLƏRİ KİM ƏVƏZLƏYƏCƏK?

  • By admin
  • 19 Fevral 2018 16:20
 
Prezidentliyə namizəd Vladimir Jirnovski mart ayında Rusiyada keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə  komandasını kimlərdən formalaşdıracağı haqqında açıqlama verib.
 Gununsesi.info rian.ru-ya istinadən xəbər verir ki, kölgə hakimiyyətini açıqlayan Jirnovskinin sözlərinə görə, rəsmi qalib gəlib fəaliyyət göstərmədiyimiz üçün  bunu biz kölgə hakimiyyəti adlandırırıq: “Bizim hökumətdə  ən təmiz insanlar təmsil olunmalıdır”.
 O əlavə edib ki,hakimiyyətdə təmsil olunanaların orta yaş həddi 37-didir. “Beləliklə, hökumətə Aleksey Ostrovskiy rəhbərlik edəcək. Onun birinci müavini Aleksey Didenko, müavini isə Lyüdmila Kozlova olacaq. Sergey Natarov isə hökumət aparatının rəhbəri olacaq. Yaroslav Nilov  əmək  və sosial müdafiə naziri, Leonid Slutskiy xarici işlər naziri,  Mixail Deqyarov  turizm naziri, Sergey Abelçev daxili işlər naziri olacaq”- deyə, Jirnovski bəyan edib.
 
Bununla belə o əlavə edib ki, vakant  yerlər var və bunlar əsasən müavin yerləri var: “Bu yerlərə də parlametndə təmsil olunan “Edinaya Rossiya”, KPRF və “Spravedlivoy Rossii” partiyalarının təmsilçilərinə təklif edəcəyik.
Gununsesi.info