Problemli kreditlərlə bağlı qərar veriləcək - PA-DA SON MÜZAKİRƏLƏR GEDİR

  • By admin
  • 21 Oktyabr 2016 13:15

dollar

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bank sektorunun problemli aktivlərini “bir dam altında” birləşdirməyi planlaşdırır.

Gununsesi.info-nun məlumatına görə, bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisin (MM)  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

R. Aslanlı qeyd edib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir:

“Müvafiq hesabat artıq Azərbaycan Prezidenti Administrasiyasına təqdim edilib. Maliyyə Sabitliyi Şurası artıq bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq”.

Gununsesi.info