Prodüser Təranə Səmədova ilə rəqqasə Renka arasında KİŞİ ÜSTÜNDƏ DAVA GEDİR

  • By admin
  • 18 Avqust 2017 11:10

03

Prodüser Təranə Səmədova ilə rəqqasə Renka (Rəna Ağamuradova) arasında qalmaqal yaşanıb. 

Gununsesi.info-nun axşam.az-a istinadən verdiyi məlumata görə, şou-biznes nümayəndələri ATV-də yayımlanacaq “Top ulduzlar” adlı proqram üçün Şamaxıya yollanıblar.

Verilişlə bağlı keçirilən mətbuat konfransında Təranə ilə Renka dalaşmağa başlayıb. Onların həmin an lentə alınan videoları sosial şəbəkədə yayılıb.

Məsələ ilə bağlı T.Səmədova saytımıza açıqlama verib. O bildirib ki, davanın səbəbi əslində başqa bir problem olub. Təranə Renka ilə illərdir küsülü olduqlarını etiraf edib: “Mətbuatda elə təqdim olunub ki, guya mən tədbirdə çox danışmışam, aparıcı Azər İsmayılov da mənə sakit dayanmağımı deyib. Amma mən ona əhəmiyyət vermədiyim üçün Renka dönüb məni sakitləşdirmək istəyib.

Əslində qalmaqalın səbəbi bu deyildi. Bizim onunla davamız bir ildən çoxdur ki, davam edir. Dava kişi davasıdır. Mən o tərbiyənin sahibi deyiləm ki, olduğum məkanda narahatlıq yaradım.

Renkanın keçmiş sevgilisi mənim dostumun dostudur, münasibətlərimiz var. Bu da məndən inciyib ki, keçmiş sevgilimlə niyə dostluq edirsən. Bir il əvvəl Sayqa Cahidin oğlunun yığıncağında bununla üz-üzə gəldik. Görüşmək istəyəndə mənə üzünü çevirdi. Şoka düşdüm. Keçmiş sevgilisini ona görə tanımamışam ki, indi də münasibəti kəsim. Mən prodüserəm, bizim işbirliyimiz ola bilər”.

Təranə rəqqasə ilə dəfələrlə münasibətləri düzəltməyə çalışsa da, qarşı tərəfdən sərt cavab aldığını söyləyib: “Dəfələrlə məclislərdə üz-üzə gəldik, mən böyüklük etməyə çalışdım. Hər dəfə bu davanı zarafata salırdım. Amma bu qız kobud cavab verirdi. İndi başa düşdüm ki, şou-biznesdə hansı iki qadın arasında davanı araşdırsan, kökündə kişi söhbəti çıxar. Onun tərbiyəsiz şəkildə mənimlə kişi davası etməsinə təəccüblənirəm.

Bu yaxınlarda da bir məclisdə dedim ki, gəl görüşək. Üzünü çevirib getdi, hamı şoka düşdü. Dedim, fikir verməyin, mənimlə kişi davası aparır. Orada əxlaqsız sözlər işlətdi. Dedim ki, bu cür danışmaq üçün yeddi başın olmalıdır. Həmin gündən onu sildim, görəndə görməməzlikdən gəldim”.

Prodüser realiti-şouda Renkanın yer alacağından xəbərsiz olduğunu deyib: “Bundan avtobusda xəbər tutdum. Otelə gələndə zarafatla dedim ki, bizi bir otağa salın, səhərə kimi dalaşaq. Ona barışıq üçün şans yaratmaq istədim. Mən prodüserəm, ona lazımam. O, mənə lazım deyil. İclas zalında isə dönüb mənə ağız əydi, qayıtdı ki, “sus, danışma”. Dedim ki, sən bunu mənə deyəcək insan deyilsən. Ağzımı nə vaxt açıb, bağlayacağımı səndən soruşmayacam. Rəqqasəsən, mənə niyə ağalıq etməlisən? Mənə orta barmağını göstərdi. Kameralar da məni çəkir. Deyirəm ki, məni yox, onun tərbiyəsiz hərəkətlərini çəkin.

Adım çıxıb ki, qalmaqallı biriyəm. Amma haqsızlıq qarşısında susmayacam. Mənə qayıtdı ki, içib sükan arxasında oturursan. Bu yaxınlarda isə onunla çimərlikdə üz-üzə gəlmişdik. Məni orada yaxşı izləyib. Davada çimərlik geyimimə söz atırdı. Kökəm deyə, çimərliyə kürk geyinməliydim? Bir qadının başqa qadına belə sözlər deməsi ayıbdır”.

Gununsesi.info