Prokuror 3 MTN generalının rütbəsinin alınmasını və DTX-YA DƏYƏN 1 MİLYON ZİYANIN ÖDƏNİLMƏSİNİ TƏLƏB ETDİ

  • By admin
  • 22 Fevral 2018 16:38

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə bu gün məhkəmə iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, prokuror çıxışında hər 3 generalın rütbəsinin alınması üçün Prezident Administrasiyasına təqdimat göndərilməsini istəyib.

Dövlət ittihamçısı büdcədən agentura və əməliyyatlar üçün ayrılan vəsaitlərin mənimsənilməsinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin təqsirləndirilən şəxslərə qarşı qaldırdığı 1 milyon manatlıq mülki iddianın təmin olunmasını təklif edib.

Digər təqsirləndirilən şəxslərə gəlincə, prokuror polkovnik Füzuli Əliyevə 15 , Zaur Məmmədov və Natiq Alıyevin hər birinə14, Fərhad Atayev , Anar Şirəliyev, Eşqin Əliyevin hərəsinə 7, Elşad Əzizova isə 8 il həbs cəzası verilməsini məqsədəuyğun hesab edib. Onların da rütbələrinin alınması üçün müvafiq orqanlara təqdimat göndərilməsi təklif olunub.

Prokuror zərərçəkmişlərdən bəzilərinin mülki iddialarının təmin olunmasının, təqsirləndirilən şəxslərin üzərində həbs olan əmlaklarının isə müsadirə olunmasını istəyib.

Gununsesi.info