Prokuror MTN-nin qadın generalına 12 il iş istədi - ONUN MƏHKƏMƏ ZALINDA HƏBS OLUNMASI TƏLƏB OLUNDU

  • By admin
  • 22 Fevral 2018 16:08

Bu gün Sabunçu rayon məhkəməsinin inzibati binasında keçmiş MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun məhkəməsində prokuror çıxış edib.

Gununsesi.info xəbər verir ki, prokuror keçmiş MTN-çilərə qarşı ittihamların məhkəmədə sübuta yetirildiyini bildirərək, təqsirləndirilən generallardan Sübahir Qurbanov və Teymur Quliyevin hər birinə 16, natəvan Mürvətovaya isə 12 il həbs cəzası verilməsini istəyib.

MTN-in Əməliyyat-texniki idarəsinin rəisi olmuş Natəvan Mürvətova istintaq və məhkəmə dövründə həbsdə olmayıb. Onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Prokuror onun məhkəmə zalından həbs olunmasını istəyib

Gülər

Gununsesi.info