VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Avqust 2017
BE ÇA Ç CA C Ş B
« İyl    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

XƏBƏR LENTİ

22 Avqust 2017
21 Avqust 2017

10 Yanvar 2017 - 00:01

Prokurorluq MTN-nin baş istintaqçısının müdafiəçisi rolunda-MÖVLAN ŞIXƏLİYEVDƏN ŞİKAYƏTLƏRƏ BAXILMIR (SƏBƏB)

prokuror

Bir ildən artıq zaman keçməsinə baxmayaraq, Azərbaycan cəmiyyəti hələ də Eldar Mahmudov və onun MTN-də yaratdığı mütəşəkkil cinayətkar dəstənin əməllərindən danışır. Son illər ərzində yüzlərlə günahsız vətəndaşın qazancını əlindən alan, sözün əsl mənasında onların həyatını məhv edən bu dəstənin əskər üzvləri həbsdə olsa da Eldar Mahmudovun özünün və “baş torbatikəni” nazirliyin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevin azadlıqda qalması ciddi narazılığa səbəb olub.

Baxmayaraq ki, elə həbs olunmalı əsas adamlar Eldar Mahmudov və Mövlan Şıxəliyev cütlüyüdür. 

Gununsesi.info-nun araşdırması zamanı Mövlan Şıxəliyevlə bağlı maraqlı məqam ortaya çıxıb. Belə ki, MTN cinayətlərinin qurbanı olan bir neçə nəfər Mövlan Şıxəliyevdən Baş Prokurorluğa rəsmi şikayət edib. Hələlik, adlarının çəkilməsini istəməyən bu şəxslər Mövlan Şıxəliyevin qanunsuz əməlləri barədə sübutları prokurorluğa təqdim edib. Ancaq maraqlıdır ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsi Mövlan Şıxəliyevdən olan şikayətləri rədd edib.

mtn

Prokurorluğun MTN-nin sabiq baş istintaqçısından olan şikayətləri rədd etməsinin isə bir cavabı var. Belə ki, Baş Prokurorluğun MTN-də İstintaqa Nəzarət İdarəsi vaxtilə cinayət yuvasına çevrilən bu nazirliyin qarşısında aciz qalıb və aparılan qanunsuz istintaqa nəzarət etməyib. Görünür, Mövlan Şıxəliyevin məsuliyyətə cəlb olunması həm də Baş Prokurlurqda bir çox “başların” gedəcəyinə stimul verə bilər. Yoxsa, Mövlan Şıxəliyev Novxanı bağlarındakı bahalı villasında yaşaya bilməzdi…

Mövzuya qayıdacağıq.

Pərviz Həşimli 




loading...
Loading...