Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

18 Noyabr 2017 - 17:28

Putinə haqq etdiyini vermək lazımdır- KASPAROV


Rusiya Prezidenti Vladimir Putin prezidentliyi dönəmində bütün dünyada yerləşən ölkələrdəki destabilizasiya zonalarına müxtəlif vasitələrlə təsir imkanı əldə edib.

Gununsesi.info xəbər verir ki, bunu “Realist.onlayn” saytına müsahibəsində erməni əsilli rusiyalı müxalifətçi Harri Kasparov söyləyib.

Onun sözlərinə görə, dünya hazırda Kremlə qarşı yumşaq siyasətinin qarşılığını ödəyir: “Suriyada Qərblə Rusiyanın heç bir ortaq marağı yoxdur. Burada ortaq maraqla bağlı olan illuziyalar sadəcə özünü aldatmaqdan başqa bir şey deyil. Suriyada Putin daim başqa hədəflərin arxasınca qaçıb. O, Əsədin güclənməsi və hakimiyyətdə qalmasına nail ola bildi. Putinə haqq etdiyini vermək lazımdır, ona görə ki, o, yaranan imkanlardan uğurla istifadə edir. Məncə, o, əvvəllər Suriya müharibəsinin potensialını, onun Avropa üçün qaçqın böhranı yaradacağını bilmirdi. Lakin o, bu proqramdan uğurla yararlandı. Putin daima amerikalılarla sövdələşmə üçün imkanlar axtarır. Məhv olmuş iqtisadiyyat və xəstə liderlə Şimali Koreya hidrogen bombası və qitələrarası ballistik raket hazırlaya bilməz. Burada o, yaxın qonşularının yardımı olmadan hərəkət etmək qabiliyyətində deyil. Çin özünün uzunmüddətli strateji maraqlarından çıxış edərək, konfliktin sülh yolu ilə həllini istəyir. Yeganə ortada qalan Rusiyadır. Məhz konflikti alovlandıraraq, yenidən sülhməramlı olmaq istəyir”, – deyə o bildirib.

Gununsesi.info





loading...