Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018

11 Dekabr 2017 - 14:12

Putin əmr verdi- RUSİYA QOŞUNLARI SURİYANI TƏRK EDİR

Bu gün səhər Suriyanın Hmeymim rus hərbi bazasına baş çəkən prezident Vladimir Putin gözlənilməz qərar verib.

Gununsesi.info xəbər verir ki, Putin Rusiya hərbi qruplaşmalarının Suriyadan çıxarılması ilə bağlı tapşırıq verib.

Hərbçilər qarşısında çıxış edən Rusiya lideri bildirib ki, bununla bağlı Müdafiə naziri və Baş Qərargah rəisinə tapşırıqlar verib.

Prezident vurğulayıb ki, Rusiya silahlı qüvvələri Suriya ordusu ilə birgə ən döyüş qabiliyyətli beynəlxalq terror qruplaşmalarını məhv edib. Onun sözlərinə görə, rus hərbçiləri vətənə qələbə ilə qayıdırlar: “Əgər terrorçular yenidən başlarını qaldırsalar, onlara elə zərbə vuracağıq ki, beləsini hələ görməyiblər”.

Gununsesi.info