Putin sabiq xarici işlər nazirini başdan xarab adlandırdı

  • By admin
  • 20 Oktyabr 2017 10:54

59d762a99b190_1putinabs_1497507165

Rusiya prezidenti Vladimir Putin sabiq xarici işlər naziri Andrey Kozırevi başdan xarab adlandıraraq deyib ki, onun başı yoxdur, sadəcə onun daşıdığı beyin qutusudur.

Gununsesi.info rian.ru-ya istinadən xəbər verir ki, bu fikri Vladimir Putin “Valday” klubunda Tallin Universitetinin professoru Reyn Müllersonun  90-cı illərin əvvəllərində Rusiyanın XİN başçısı olmuş Andrey Kozırevin ABŞ prezidenti Riçard Niksonla görüşündə “Rusiyanın milli maraqlarının olmadığını, ancaq bəşəri dəyərlərə söykənən maraqları var” mövqeyinə Niksonun başını bulamaqla reaksiya verməsini cavablandırarkən deyib.

Putin fikrini davam etdirərək deyib: “Bu o deməkdir ki, Niksonun başı işləyir”. Putinin bu fikri “Valday” klubunda iştirak edən ekspertlərin gülüşünə səbəb olub.

Fikrini davam etdirən Putin əlavə edib: “Təəssüflər olsun ki, Kozırevdə bu yoxdur. Onda sadəcə beyin qutusu olub. Amma onun lazımi səviyyədə ağıllı başı olmayıb”.

Andrey Kozırev 1990-1996-cı illərdə Rusiyanın XİN başçısı olub.

Gununsesi.info