Putin Suriyadan Misirə getdi

  • By admin
  • 11 Dekabr 2017 16:12

Rusiya prezidenti Vladimir Putin bu gün Misirə işgüzar səfərə gəlib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki,  Rusiya prezidentinin burada həmkarı Abdel Fəttah Əs-Sisi ilə görüşəcəyi, Yaxın Şərqdə və Şimali Afrikada təhlükəsizlik məsələlərini müzakirə edəcəyi bildirilir.

Qeyd edək ki, Misirə səfəri zamanı rusiyalı lider yolüstü Suriyanın Hmeymim şəhərinə də səfər edib. o, burada Rusiyanın aviabazasına baş çəkib.

Hmeymim aerodromunda Putini Suriya prezidenti Bəşər Əsəd, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiyanın Suriyadakı qoşun qruplarının komandanı Sergey Surovikin qarşılayıb.

Gununsesi.info