VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

22 Sentyabr 2017

17 İyul 2017 - 14:44

Qənd və şəkər tozunun 6 inanılmaz zərəri

 

c3e794eebd11e557_467009529.xxxlarge_2x

İnsan orqanizmində şəkərə tələbat var. Lakin bunu təbii yollarla – səbzə və meyvələrdən almaq daha düzgündür. Çünki qənd və şəkər tozundan qədərindən artıq istifadə insan sağlamlığına ciddi şəkildə zərər vura bilir. Təsadüfi deyil ki, onları “ağ ölüm” də adlandırırlar.

Gununsesi.info qənd və şəkər tozunun 6 əsas zərərini oxucularına təqdim edir.

Alkoqol qədər zərərlidir

Şəkər tozu və qənd vasitəsilə orqanizmə keçən glükoza və fruktoza qaraciyərdə spirtli içkilər ilə eyni təsirə malikdir. Qaraciyərin bu cür zərər görməsi insanın həddən artıq kökəlməsi, yaxud qədərindən çox arıqlaması ilə nəticələnir.

Qarın və bel yağlarını artırır

Şəkər bədəndə yağların artmasının birinci səbəbidir. Artıq şəkər qəbul etmək bel çevrəsindəki yağların artmasına səbəb olur.

Ürəyə zərərlidir

Şəkər tozu və qənd ürək xəstəlikləri riskini artırır. Ürəyin döyünmə mexanizminə ciddi şəkildə təsir göstərən şəkər xolesterolu da həddən artıq yüksəldir.

İmmuniteti zəiflədir

Şəkərdən həddən artıq istifadə immuniteti zəiflədir və bədən xəstəliklərə qarşı mübarizədə öz gücünü itirir.

Ömrü qısaldır

Həddən artıq şəkər qəbul etmək şəkər xəstəliyi, xərçəng və ürək xəstəliklərinə səbəb olur. Bu isə ömrün qısalması ilə nəticələnir.

Xroniki xəstəliklərə səbəb olur

Şəkər bədəndə insulini artırır. İnsulin isə qan şəkərini yüksəldən hormondur. Xroniki olaraq yüksələn insulin orqanizmdə mineralların tarazlığının pozulmasına səbəb olur. Bi isə beyin, ürək-damar, xərçəng kimi xəstəliklərə yol açır.

Gununsesi.info




loading...
Loading...