“Qəbələ-Şahdağ qış turizm mərkəzlərinə dəmir yolu tunel vasitəsi ilə birləşdiriləcək” - CAVİD QURBANOV

  • By admin
  • 22 Fevral 2018 12:08
Qusardakı Şahdağ  qış turizm mərkəzi ilə Qəbələdəki Tufandağ qış turizm mərkəzlərinin dəmiryol tuneli vasitəsi ilə birləşdirilməsi nəzərdə tutulur.
Bunu Gununsesi.info-ya açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev  bizə xüsusi tapşırıq verib. “Ölkə başçısı Qusardakı  Şahdağla Qəbələdəki Tufandağ qış turizm mərkəzlərinin tunel vasitəsi ilə birləşdirilməsi  və bu istiqamətdə layihələndirmə işlərinə başlanması barədə mənə tapşıqırlar verib.  Artıq  bu istiqamətdə layihələndirmə işlərinə başlanılıb”.
 “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri əlavə edib ki, bununla da biz gələcəkdə  Qəbələyə və Qusardan keçməklə Şahdağ turizm mərkəzinə çəkiləcək dəmir yolunun dairəvi yol olacaq: “Yəni bu yol vasitəsi ilə insanlar rahat, vaxt itkisinə yol vermədən qısa yolla hər iki tərəfə  gedə biləcəklər”.
Mürtəza
Gununsesi.info