Qəbələdə narkotik satanlar tutuldu

  • By admin
  • 11 Fevral 2017 18:14

narkotik

 

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İlqar Nəsirovdan 7,73 qram marixuana, evinə baxış zamanı isə əlavə olaraq 470 qram marixuana aşkarlanıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə İ.Nəsirova narkotik vasitəni satan Zarağan kənd sakini, əvvəllər məhkum olunmuş İlkin İsmayılov da müəyyən edilərək tutulub. Ondan 6,88 qram, evinə baxış zamanı isə 318 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info