Qənirə Paşayeva Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxri Fərmanına layiq görülüb

  • By admin
  • 23 Noyabr 2017 13:18

 

Millət vəkili Qənirə Paşayeva Almaniya-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Fəxri Fərmana layiq görülüb. 

Gununsesi.info-nun xəbərinə görə, millət vəkili Qənirə Paşayevaya bu mükafatı təqdim edən Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva Qənirə Paşayevanın  Azərbaycanın milli-mənəvi dəyərlərinin, Azərbaycan mədəniyyətinin, Qarabağ və Xocalı Soyqırımı həqiqətlərinin təbliğində yorulmaz fəaliyyətinə görə rəhbərlik etdiyi cəmiyyət tərəfindən Fəxri Fərmana layiq görüldüyünü bildirmişdi.

Mükafata görə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva  Azərbaycanın milli-mənəvi dəyərlərinin, Azərbaycan mədəniyyətinin, Qarabağ və Xocalı Soyqırımı həqiqətlərinin təbliği istiqamətində əlindən gələni etməyi özünə bir borc bildiyini bildirib. Millət vəkili Qənirə Paşayeva bu istiqamətdə çalışmaq hər bir azərbaycanlının vəzifəsidir və bu istiqamətdə bundan sonra fəaliyyətini davam etdirəcəyini deyib. Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinə mükafat üçün bir daha təşəkkürünü bildirən  millət vəkili Qənirə Paşayeva onlara bu istiqamətdə daha böyük uğurlar diləyib.

Gülnaz Qənbərli

Gununsesi.info