Qənirə Paşayeva İraqın tanınmış yazar, şair, KİV və QHT təmsilçiləri ilə görüşüb - FOTOLAR

  • By admin
  • 13 Dekabr 2017 15:40

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva İraq Jurnalistlər İttifaqının Bağdadda təşkil etdiyi “Terrorla mübarizədə əldə edilən zəfər və İraqın ərazi bütovlüyü” adlı tədbir və 50-dən çox ölkədən iştirakçıların qatılımı ilə gerçəkləşən beynəlxalq simpozium çərçivəsində İraqın bir sıra tanınmış aydınları, yazar, şair, KİV və QHT təmsilçiləri ilə görüşüb.

Gununsesi.info-nun xəbərinə görə, Azərbaycan millət vəkilinə İraq bayrağını hədiyyə edən İraq yazarlar Birliyinin Türkmən bölməsinin başqanı, sabiq millət vəkili fevzi Ekrem Terzi qardaş Azərbaycanla mədəni-ədəbi əməkdaşlığın daha geniş inkişafı üçün böyük imkanlar olduğunu və bundan istifadə etmənin vacibliyini xüsusi vurğulayıb. Sadəcə 10 ay ərzində 60 minə yaxın iraqlının Azərbaycana səfər etdiyini, birbaşa Bakı-Bağdad təyyarə reysinin olmasını xüsusi vurğulayan millət vəkili Q.Paşayeva bildirib ki, Azərbaycan qarşı marağın İraqda daha da genişlənəcəyinə, ölkəmizə səfər edən iraqlıların sayının artacağına inanır və görüşdə iştirak edən televiziya, mətbuat qurumları vasitəsilə bu istiqamətdə çağırış da səsləndirib. Azərbaycanla bağlı məlumatlar verən millət vəkili Q.Paşayeva bildirib ki, Azərbaycanın, Qarabağ həqiqətlərinin İraqda, İraqın da Azərbaycanda daha da geniş tanıdılmasına böyük ehtiyac var və bu məsələdə aydınların, yazar, şair, KİV və QHT təmsilçilərinin üzərinə böyük vəzifələr düşür.

Onları Azərbaycana dəvət edən millət vəkili Q.Paşayeva ortaq tədbirlərin keçirilməsinə, qarşılıqlı səfərlərin daha da artmasına böyük ehtiyac olduğunu deyib və Azərbaycanın İraqla bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu xüsusi vurğulayıb. Qənirə Paşayeva görüşlər zamanı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırımlar törətməsi barədə də məlumatlar verərək tanınmış aydınları, yazar, şair, KİV və QHT təmsilçilərini Qarabağ həqiqətlərinin İraqda yayılmasında fəal olmağa çağırıb. İraq aydınları, yazar, şair, KİV və QHT təmsilçiləri Azərbaycana gəlməyə böyük maraq duyduqlarını deyiblər və dost Azərbaycanla məsələlərə daha çox diqqət ayıracaqlarını bildiblər. Millət vəkili Q.Paşayeva səfərin son günü İraq Jurnalistlər İttifaqının Bağdadda təşkil etdiyi “Terrorla mübarizədə əldə edilən zəfər və İraqın ərazi bütovlüyü” adlı tədbirdə də iştirak edib və Azərbaycanın erməni terrorundan əziyyət çəkən bir ölkə kimi terrorla daim mübarizə apardığını deyib və terrorla mübarizədə beynəlxalq aləmin birliyinin vacibliyini xüsusi vurğulayıb. “Yeni Çağ” media qurumunu rəhbəri Aqil Ələsgər və qardaş Türkiyənin Anadolu Yayıncılar Birliyinin rəhbərləri Sinan Burhan və Hasan Yavuz Bakırın da iştirak etdiyi görüşlərdə onlar da geniş fikirlərini bildiriblər və fikir mübadiləsi aparılıb.

Gülnaz Qənbərli

Gununsesi.info