Qənirə Paşayeva konfransda beynəlxalq təşkilatları sərt tənqid edib - VİDEO

  • By admin
  • 23 Oktyabr 2017 10:42

22563936_10210363729514339_722992509_o

Millət vəkili Qənirə Paşayeva İstanbul Universitetində konfransda beynəlxalq təşkilatları sərt tənqid edərək Azərbaycan-Türkiyə olaraq birlikdə mübarizəmizi daha da gücləndiməliyik deyib.

Gununsesi.info-nun xəbərinə görə, millət vəkili Q.Paşayeva İstanbul Türk Ocaqlarının İstanbul Universiteti ilə birgə təşkil etdiyi “1917-ci oktyabr Sovet İhtilalinin Yüzüncü ilində Türk Dünyasındakı Müstəqillik Fikri və Siyasi Hərəkatlar” beynəlxalq simpoziumun açılışında çıxış edərək bütün müsəlman Şərqində ilə demokratik cümhuriyyətin Azərbaycanda qurulmasından, sovet işğalından sonra yaşanan dəhşətli faciələrdən, minlərlə azərbaycanlı aydının Stalin rejimi tərəfindən qətlə yetirilməsindən, Azərbaycan torpaqlarının böyük bir hissəsinin zorla alınaraq Ermənistana verilməsindən və bununla da Türk dünyası arasında quruda birbaşa əlaqələrin yox edilməsindən, Qarabağ probleminin köklərindən geniş danışaraq Qarabağ bütün Türk dünyasının problemidir və onun həlli istiqamətində harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türk insanları fəal olmalıdırlar deyib.

Azəərbaycanın təkrar müstəqillik qazandıqdan sonra keçdiyi yoldan və bu gün Cənubi Qafqazın ən güclü dövləti olmasından danışan millət vəkili Q.Paşayeva Azərbaycan-Türkiyə münasibətlərinin bir millət iki dövlət düşüncəsi ilə keçdiyi yoldan da danışıb. MillətvəkiliQ.Paşayevabildiribki, AzərbaycanvəTürkiyəninikiqardaş ölkənin əlaqələrinin, əməkdaşlığınındahadagenişlənməsiniistəməyənbir çoxqüvvələrvarvə onlartez-tezmüxtəliftəxribatlarlaikiqardaş ölkəarasında əməkdaşlığıninkişafınazərbə vurmaqistəyirlərvə bucürqüvvələrəimkanverilməməli, onlaraqarşı sərtmübarizə aparılmalıdır.

Beynəlxalq təşkilatların, qərbin, Avropanın Azərbaycana və Türkiyəyə qarşı ikili standartlarından geniş danışan millət vəkili bildirib ki onlardan ədalət gözləməyə dəyməz. BMT başda olmaqla ATƏT, AŞPA-nın neçə illərdir Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi ilə bağlı işğalçı Ermənistana heç bir təzyiq göstərməməsini, Türkiyənin terrörla mübarizəsinə heç bir ciddi dəstək verməməsini sərt şəkildə tənqid edən millət vəkili Q.Paşyeva artıq onlardan ədalət gözləməyə dəyməz deyib və bildirib ki hər iki qardaş ölkəyə qarşı edilən haqsızlıqlara, ədalətizliklərə qarşı daha güclü mübarizənin yolu güclü olmaqdan keçir.

Bizim birliyimizin daha da artması gücümüzü də artırır ona görə də gənc nəsillərimizi bir-birimizə daha da çox sahiblənmə ruhunda  yetişdirməliyik deyən millət vəkili Q.Paşayeva Qarabağ problem ilə bağlı və Türk dünyasının bütün problemlərinin həlli istiqamətində ziyalılar, QHT, KİV və gənclərimiz də fəallıqlarını daha da artırmalıdır deyib.  Millət vəkili konfransdan sonra müxtəlif Türk toplumlarından gəlmiş elm adamları, zuyalılarla görüşüb və geniş fikir mübadiləsi aparılıb.

Gülnaz Qənbərli

Gununsesi.info