Qadın elə öskürdü ki, qabırğası sındı

  • By admin
  • 18 Yanvar 2018 19:40

ABŞ-ın Massaçusets ştatının sakininin güclü öskürək nəticəsində qabırğası sınıb.

Gununsesi.info xəbər verir ki, xəstəxanadan bildirilib ki, bir müddət tibb müəssisəsinə öskürək və sağ tərəfində ağrılar şikayəti ilə 66 yaşlı qadın müraciət edib.

Həkimlər xəstə üzərində müayinə apardıqdan sonra müəyyən ediblər ki, qadının qabırğalarından biri sınıb. Belə ki, qadın son zamanlarda yıxılması və ya hər hansı bir zədə alması barədə fakt olmayıb. Bununla da həkimlər qabırğanın güclü öskürək nəticəsində sındığı qənaətinə gəliblər.

Gununsesi.info