Qadın həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülərək bıçaqlanıb

  • By admin
  • 19 Yanvar 2018 08:40

Sumqayıt şəhərində ailə münaqişəsi zəminində kişi öz həyat yoldaşını döyərək bıçaqlayıb.

Gununsesi.info report.az-a istinadən bildirir ki, hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada baş verib.

Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Vəliyeva Ulduz Nazim qızı yaşadığı ünvanda vəhşicəsinə döyülərək bıçaqlanıb. Zərərçəkmişin dediyinə görə, hadisəni onun həyat yoldaşı törədib. Kişi əvvəlcə saxsı qabla qadının başını yarıb, ardınca onu sağ qolundan bıçaqlayıb.

Gununsesi.info