Qadın məhkəmədə qeyri-adi hərəkətlər edib - O, OĞLUNUN BƏDƏNİNDƏN CİNLƏRİ ÇIXARMAQ ADI İLƏ ONU ÖLDÜRÜB

  • By admin
  • 21 Avqust 2017 11:52

mehkeme

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.  

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktında göstərilib ki, N.Qulubəyova oğlunun bədənindən cinləri çıxarmaq adı ilə onu boğduğunu deyib.

Təqsirləndirilən N.Qulubəyova hadisə barədə danışmaq istəmədiyini deyib və özünü pis hiss etdiyini bildirib. O, məhkəmə zamanı əl-qolla hərəkət etməsinin səbəbini gözünə müəyyən şeylərin görünməsi ilə əsaslandırıb.

Sonra prosesdə şahid ifadə verib.

Qeyd edək ki, xristian yönümlü təriqətin üzvü olan 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib.

Gununsesi.info