Qadınlardan ibarət futbol üzrə millimiz Qazaxıstan yığması ilə qarşılaşacaq

  • By admin
  • 21 İyul 2017 13:28

affa

Qadınlardan ibarət futbol üzrə Azərbaycan milli komandası iyulun 26-da və 29-da “Dalğa Arena”da Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Gununsesi.info AFFA-ya istinadla xəbər verir ki, hər iki oyunun start fiti saat 19:00-da səslənəcək.

Qarşılaşmalara hazırlıq məqsədilə Azərbaycan millisinin təlim-məşq toplanışı

başlayıb.

Toplanışda Günay İsmayılova (“Fidan”), Aytac Şərifova (“Okjetpes”, Qazaxıstan), Nigar Abdulova (“Təhsil”), Kamilla Məmmədova (“Təhsil”), Ayşən Əhmədova (“Sumqayıt”), Vüsalə Hacıyeva (“Təhsil”), Vüsalə Seyfətdinova (“Sumqayıt”), Roza Quliyeva (“Təhsil”), Aysun Əliyeva (“Samsunspor”, Türkiyə), Manə Mollayeva (“Kubanoçka, Rusiya), Cəmilə Hüseynova (“Məşəl”), Firəngiz Teymurova (“Konakbelediyyespor”, Türkiyə), Güləmbər Qasımova (“Qəbələ”), Sevinc Cəfərzadə (“Rossiyanka”, Rusiya), Kristina Bakarandze (“Okjetpes”, Qazaxıstan), Rövşanə Sərdarlı (“Fidan”), Həqiqət Qasımova (“Təhsil”), Natalya Rodelgo (“Atletiko Madrid”, İspaniya), Bozdağ Peritan (“Konakbellediyespor”, Türkiyə), Susən Mənsimzadə (“Fidan”), Jalə Məhsimova (klubsuz), Merve Özdemir (“Eintracht”, Almaniya), Nigar Mirzəliyeva (“Mingəçevir”) və Öznur Taş (“Antalyaspor”, Türkiyə) iştirak edirlər.

Gununsesi.info