“Qalatasaray”dan “Qarabağ”a təbrik: QÜRUR DUYDUQ!

  • By admin
  • 24 Avqust 2017 10:04

galatasaray_logo_240817

Türkiyənin “Qalatasaray” idman klubunun İdarə Heyətinin üzvü Ural Aküzüm Çempionlar Liqasına vəsiqə qazanan “Qarabağ” futbol klubunu təbrik edib.

Gununsesi.info-nun məlumatına görə, U.Aküzüm “Facebook” səhifəsində yazıb: “Baba yurdumun komandası “Qarabağ Ağdam”la qürur duyduq. Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək Azərbaycan üçün bir ilkdir! Qurban Qurbanov və yetirmələrinə uğurlar diləyirəm”.

Qeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Kopenhagen” komandasına 2:1 hesabı ilə məğlub olsa da, Bakıda ilk oyunda qazanılmış minimal qələbə sayəsində Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Gununsesi.info