“Qarabağ” Azərbaycana QAYITDI

  • By admin
  • 24 Avqust 2017 09:00
599e66796162f_36c3afc1-ee78-4281-9d5b-53b9d7f0d553
Danimarkada “Kopenhagen”lə təkrar “pley-off” matçındakı sərfəli nəticə sayəsində Çempionlar Liqasının qrup mərhələsinə yüksələn “Qarabağ” komandası Vətənə qayıdıb.
Gununsesi.info-nun məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında komandanı çoxlu sayda azarkeş qarşılayıb.
Fanatlar önünə ilk çıxan klubun vitse-prezidenti Tahir Gözəl təbrikləri qəbul etdikdən sonra onları qarşılamağa gələnlərə təşəkkürünü bildirib. Daha sonra tərəfdarlar baş məşqçi Qurban Qurbanov və futbolçuları bir-bir alqışlayıblar. Komanda üzvləri onları gözləyən avtobusa minərək, hava limanını tərk ediblər.
Qeyd edək ki, “Qarabağ” Bakıda 1:0 hesabı ilə yendiyi “Kopenhagen”ə Danimarkada 1:2 hesabı ilə uduzsa da, səfər qolu sayəsində mərhələ adlayıb.
Gununsesi.info