“Qarabağ dondurulmuş yox, əksinə qaynar və çox təhlükəli münaqişədir”  - KERİ KAVANO

  • By admin
  • 19 Oktyabr 2017 12:28

8_1507896799

Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, əksinə bu, qaynar və çox təhlükəli münaqişədir.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın ATƏT Minsk Qrupunda həmsədr olmuş Keri Kavano Helsinki komissiyasında Qarabağla bağlı dinləmələrdə çıxışı zamanı deyib.

Amerikalı diplomat bildirib ki, tərəflər keçmişdən fərqli olaraq hazırda Qarabağ münaqişəsinin həllində razılaşmadan çox uzaqdırlar.

Danışıqlar prosesinin tarixindən danışan amerikalı dilomat bildirib ki, zaman-zaman tərəflər daha çox kompromisə hazır olduqlarını bəyan ediblər: “Lakin uğurlu nəticə əldə etmək mümkün olmayıb”.

O əlavə edib ki, münaqişə beynəlxalq status alandan sonra isə proseslər beynəlxalq aləmin diqqətindədir: “Elə bir Amerika prezidenti olmayıb ki, o, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatsız olsun”.

Diplomat atəşkəs rejiminə daha effektli nəzarət etmək üçün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin ofsinin genişləndirilməsinin və baş verən insidentlərin araşdırılması üçün mexanizmin yaradılmasının zərurliyini qeyd edib.

Tərəflərin sürətlə silahlamasından narahatlıq keçirdiyini dilə gətirən amerikalı diplomat bildirib ki, bölgəyə gətirilən müasir silahlar daha  mürəkkəb vəziyyət yaradır.

O əlavə edib ki, Cənubi Qafqaz ciddi dəyişikliklərə məruz qalmaqdadır: “Bölgədə iqtisadi inteqrasiya olsa da, dramatik siyasi dəyişikliklər baş verməkdədir”.

Prezidentlərin görüşünə toxunan diplomat bildirib ki, prezidentlər  dəfələrlə siyasi həll yolu ilə bağlı bəyanatlar versələr də, lakin bu istiqamətdə fəaliyyət göstərilmir.

Mürtəza

Gununsesi.info