“Qarabağ münaqişəsi ancaq hərb yolu ilə həllini tapacaq” - ANALİTİK

  • By admin
  • 20 Oktyabr 2017 12:02

qarabagda muharibe

Qarabağ münaqişəsi tənzimlənmənin son mərhələsinə qədəm qoymaqdadır, bu, hərbi yolla da ola bilər.

Gununsesi.info xəbər verir ki, bu fikri müdafiə və təhlükəsizlik məsələləri üzrə rusiyalı analitik Qriqoriy Trofimçuk “Tert.am”a açıqlamasında prezidentlərin Cenevrə görüşünün yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, prezidentlərin Cenevrə görüşü ancaq payızda ağacların altındakı görüş kimi yadda qalacaq: “Prezidentlərin və yaxud XİN başçılarının Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində xeyli sayda görüşləri olub, hansı ki, bu görüşləri bir-birindən fərqləndirmək çətindir. Ancaq prezidetlərin Cenevrə görüşü payız dövründə ağac altındakı görüş kimi yadda qalacaq”.

Analitik bildirib ki, nə aprel döyüşlərinədək, nə də ondan sonra Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar prosesində heç nə dəyişməyib və ona görə də son İlahm Əliyev- Serj Sarkisyan görüşündən münaqişənin həlli ilə əlaqədar radikal proqressiv dəyişiklik gözlənilmir.

Rusiyalı analitik hesab edir ki, Qarabağ münaqişəsi sensasiyalı nəticələr əsasında həll oluna bilər: “Bu sensasiya ancaq mənfi çalarla özünü müşaiyət etdirəcək. Bu dəfə belə bir sensasiya olmadı. Əgər Ermənistan prezidenti görüşdə iştirak etməyib, Vyana görüşündə əldə edilən razılıqdan imtina etsəydi, bu sensasiya olardı. Və yaxud Azərbaycan prezidenti növbəti görüşlərdən imtina edərək deyir ki, onsuz da bu görüşlər nəticəsiz olduğundan mənası yoxdur. Və bu sensasiya olardı. Bax, bu münaqişənin tənzimlənməsinə impuls verər”.

Son olaraq rusiyalı analitik deyib ki, Qarabağ münaqişəsi artıq açılım mərhələsindədir və münaqişə güc yolu ilə həllini tapa bilər: “Bunu xeyli sayda itki ilə aprel döyüşləri bir daha sübut etdi. Odur ki, müharibə istisna deyil. Təmas xəttində baş verən proseslər müharibənin davamıdır. Əgər qoşunların təmas xəttində minlərlə itki yoxdursa, demək, bu müharibə deyil. Odur ki, biz hər itkiyə görə diqqətli olmalıyıq. Bu hər gün baş verir və tərəflər itki verir”.

Mürtəza

Gununsesi.info