“Qarabağ” oyunöncəsi Danimarkada son məşqinə çıxacaq

  • By admin
  • 22 Avqust 2017 20:20

qarabaq

Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçları çərçivəsində Ağdamın “Qarabağ” klubu avqustun 23-də səfərdə Danimarkanın “Kopenhagen” klubunun qonağı olacaq.

“Qarabağ” futbol klubundan Gununsesi.info-ya bildirilib ki, bu gün Bakı vaxtı ilə saat 21:00-da baş məşqçimiz Qurban Qurbanov media mənsublarının suallarını cavablandıracaq. Bakı vaxtı ilə saat 21:30-da isə komandamız qarşılaşmanın keçiriləcəyi “Parken” stadionunda oyunöncəsi son məşqinə çıxacaq.

Gununsesi.info