“Qarabağ”da ciddi itki

  • By admin
  • 16 Fevral 2018 15:55

“Qarabağ” Topaz Premyer Liqasının 16-cı turunda “Səbail” ilə qarşılaşacaq.

Gununsesi.info xəbər verir ki, Ağdam klubu bu görüşə ciddi itki ilə çıxacaq. Belə ki, müdafiəçi Yakub Jezniçak cəza səbəbindən komandasına kömək edə bilməyəcək. 15-ci turda “Qəbələ” ilə oyunda sarı vərəqə alan təcrübəli müdafiəçi cəzalı duruma düşüb.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” görüşü fevralın 18-i saat 17:30-da “Bayıl Arena”da baş tutacaq.

Gununsesi.info