Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018
17 Yanvar 2018

12 Avqust 2017 - 14:35

“Qarabağ”ın oyunu üçün kassalar önündə növbə- FOTOLAR

q9jpg (9) (1)

Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanaraq tarix yazan “Qarabağ” qrup mərhələsində adlamaq üçün Danimarka “Kopenhagen” ilə üz-üzə gələcək.

Gununsesi.info xəbər verir ki, Azərbaycan futbolu üçün ən önəmli oyunlardan birinə maraq olduqca böyükdür. 

Artıq bugündən matça biletlər satışa çıxıb. Biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır. İlk gün olmasına baxmayaraq qarşılaşmaya maraq həddən çoxdur. Bunu nəzərə alıb stadionun kassalarının önünə yollandıq. Gördüyümüz mənzərə doğrudan da təəccüblü idi. Kassaların qarşısında uzun bir növbə yaranıb. Yüzlərlə azarkeş bilet almaq üçün havanın isti olmasına baxmayaraq növbə gözləyir.

“Qarabağ” qara bazarın qarşısını almaq üçün də addım atıb. Belə ki, hər şəxsə yalnız 3 bilet satılır. Elə fanatlardan biri bundan narazı qalmışdı: “3 bilet aldım. Getdim evə və yenidən 3 bilet lazım oldu. Bura qayıtsam da, satıcılar ikinci dəfə mənə bilet satımadılar. Səbəb kimi isə bir şəxsə yalnız 3 biletin satıldığını bildirdilər”.

Kassalardakı satıcılar isə bu addımın yalnız qara bazardan xilas olmaq üçün atıldığını bildirdi.






Gununsesi.info