VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

19 Oktyabr 2017

21 Sentyabr 2017 - 13:48

“Qarabağ”ın oyununun məkanı dəyişdi

1505985966

Peşəkar Futbol Liqası bu gün bir sıra qərarlar qəbul edib. Qərarlara əsasən Topaz Premyer Liqasının 6-cı turunun oyun cədvəlində dəyişiklik edilib eləcə də bir sıra müraciətlərə baxılıb.

Gununsesi.info xəbər verir ki, “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edərək, Topaz Premyer Liqasının 6-cı turunda “Sumqayıt”la matçın yerinin dəyişdirilməsini istəyib. Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsinin “Roma” ilə görüşündən öncəki oyununu təbii örtüklü meydançada keçirmək istəyib. “Qarabağ”ın qitənin ən nüfuzlu turnirində çıxışını və “Sumqayıt” klubunun razılıq məktubunu nəzərə alan PFL aşağıdakı qərarları qəbul edib:

– Topaz Premyer Liqasının 6-cı turunun “Sumqayıt” – “Qarabağ” matçı 22 sentyabr saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilsin.

– 6-cı turda meydan sahibi kimi “Qarabağ”, hər iki komandanın iştirakı ilə 4-cü dövrənin matçında meydan sahibi kimi “Sumqayıt” klubu təsdiq edilsin.

– 6-cı turun “Qarabağ” – “Sumqayıt” komandalarının əvəzedici heyətlərinin görüşü 24 sentyabr saat 16:30-da Zirə İdman Kompleksinin stadionunda keçirilsin.

Bundan əlavə, “İnter” klubu PFL-ə müraciət edərək klubun 7 nəfər üzvünün 18 sentyabr-2 oktyabr tarixlərində Almaniyada, 2-11 oktyabr tarixlərində isə İrlandiyada 19 yaşlılardan ibarət Azərbaycan milli yığma komandasının heyətində, 2 nəfər üzvünün isə 17-27 sentyabr tarixlərində 17 yaşlılardan ibarət Azərbaycan milli yığma komandasının heyətində təlim məşq toplanışında iştirak edəcəyi səbəbindən əvəzedici komandaların “Zirə” və “Neftçi” ilə oyunlarının başqa tarixə keçirilməsini xahiş edib. Yuxarıda göstərilənləri və “İnter” klubunun transfer qadağası olduğunu nəzərə alaraq PFL aşağıdakı dəyişikliklərə gedib:

– Əvəzedici heyətlərin 6-cı turunun “Zirə” – “İnter” matçı 24 sentyabr 2017-ci il tarixindən başqa tarixə keçirilsin.

– Əvəzedici heyətlərin 6-cı turunun “İnter” – “Neftçi” matçı 30 sentyabr 2017-ci il tarixindən başqa tarixə keçirilsin.




loading...
Loading...