“Qarabağ”ın qələbəsi Azərbaycan futbolu tarixində yeni bir səhifə oldu” - AZAD RƏHİMOV

  • By admin
  • 24 Avqust 2017 11:58

azad rahim-yeni

“Qarabağ” futbol klubunun qələbəsi Azərbaycan futbolu tarixində yeni bir səhifə oldu.

Gununsesi.info xəbər verir ki, bunu trend-ə gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov vurğulayıb ki, Azərbaycanın əzəli torpağı olan Qarabağın adını öz klublarında yaşatmaqla bərabər, futbolçularımız bu klubun adını tarixə də yaza bildilər:

“Dünən minlərlə insan qələbə sevincini bölüşmək üçün bir araya gəldi. Mən bütün komandamıza bizə bu qürur hissini yaşatdıqlarına görə təşəkkür edirəm, onları ürəkdən təbrik edirəm və yeni qələbələr arzulayıram”.

Qeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Kopenhagen” komandasına 2:1 hesabı ilə məğlub olsa da, Bakıda ilk oyunda qazanılmış minimal qələbə sayəsində Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Gununsesi.info