Qaradağ rayon sakininin ölümünə səbəb olan şəxs tutulub

  • By admin
  • 22 Avqust 2017 13:40

qandal

Qaradağ rayon sakini R.Dəmirova münaqişə zəminində onun ölümünə səbəb olan fiziki güc tətbiq edən M.Zəkiyev tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 14-də Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Ruslan Dəmirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Qaradağ rayon Polis İdarəsini 10-cu polis bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla qəsəbə ərazisində R.Dəmirovla həmyerlisi Murad Zəkiyev arasında münaqişə baş verməsi, sonuncunun onun sinə nahiyəsinə yumruqla vurması nəticəsində yıxılıb ölməsi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə M.Zəkiyev tutulub.

Anar

Gununsesi.info