Qaradağın prokuroru aktyor imiş - "QƏM PƏNCƏRƏSİ"NDƏKİ VƏLİQULU NATİQ ABDULLAYEVDİR

  • By admin
  • 20 Oktyabr 2016 12:57

qaradag

Qaradağ Rayonun prokuroru Natiq Abdullayev barəsində maraqlı məlumat üzə çıxıb. Gununsesi.info-nun sosial şəbəkələrə istinadən verdiyi məlumata görə, prokuror illər öncə aktyorluqla məşğul olurmuş.

Belə ki, “Qəm Pəncərəsi” filmində Vəliqulu obrazını canlandıran Natiq Abdullayevdir. Bundan başqa o, “Batalyon” filmindəki çörək talonunu itirən uşağın obrazını da canlandırıb.

Gununsesi.info