Qasırğa 60 nəfərin həyatına son qoydu

  • By admin
  • 13 Dekabr 2017 19:58

Hindistanın cənubunda ötən həftənin əvvəli tüğyan etmiş “Okxi” qasırğasının qurbanlarının sayı artmaqdadır.

Gununsesi.info xəbər verir ki, son rəqəm 60 nəfərə çatıb.

Məlumata görə, daha 2500 nəfərin həyatı xilas edilib.

Daha ağır fəsadlar Hindistanın Tamilnad ştatında qeydə alınıb. Ştatın Fövqəladə Hallar Xidmətinin məlumatına görə, 100-dən çox adam yaralanıb, itkin düşənlər var.

Qasırğa nəticəsində ştatda 70-dən çox evin tamamilə dağıldığı, yüzlərlə evin yararsız hala düşdüyü bildirilir.

Meteoroloqlar yaxın vaxtlarda silkonun digər ştatlara da keçəcəyi barədə xəbərdarlıq ediblər. Ştatlarda hərbçiər və xilasedicilər xəbərdarlıqdan sonra gücləndirilmiş iş rejiminə keçiblər.

Gununsesi.info